İspaniya təmsilçisi “Fiorentina”ya səfərdə də qalib gəldi
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, turnirin bir nömrəli favoriti hesab edilən “Sevilya” Florensiyada “Fiorentina”nın qonağı olub.
Evdə rəqibini 3 cavabsız qolla üstələyən Əndəlus təmsilçisi səfərdə də rəqibindən üstün olub. Unai Emerinin komandası rəqibinə 2:0 hersabı ilə qalib gələrək ardıcıl ikinci il finala vəsiqə qazanıb.
Avropa Liqası, yarımfinal mərhələsinin cavab oyunu
“Fiorentina” (İtaliya) – “Sevilya” (İspaniya) 0:2 (İlk oyun 0:3)
Qollar: Bakka, 22, Karriço, 27
saytlarin hazirlanmasi