Penaltilərdə qələbə qazandı
“Neftçi” PFK-nın U-10 komandası Azərbaycan çempionatının finalına yüksəlib.
Sportal.az xəbər verir ki, yarımfinalda “Simurq” klubunu 2:1 hesabı ilə məğlub edən “Neftçi” Lənkəran təmsilçisini oyunsonrası penaltilərlə yenib. Matçın əsas vaxtı 2:2 hesabı ilə nəticələnib. Baş məşqçi Emin Salmanovun yetirmələrindən Rüfət Abbasov və Təhmasib Həmidli fərqlənib. Bu futbolçular 4:2 hesabı ilə başa çatmış penalti zərbələrini də dəqiq yerinə yetiriblər. Penalti seriyasında komandanın digər qollarını Simral Zeynilli və İbrahim İbrahimli vurublar.
Qeyd edək ki, “Neftçi” final matçında “Qəbələ” klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi