"Neftçi" çempion oldu

18:07 - 15 May 2015

U-13 liqası

 

Bayıl stadionunda keçirilmiş final oyunu ilə "Coca-Cola U-13 Liqa"nın 2014/2015-ci il mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçirilmiş həlledici oyunda paytaxt təmsilçisi 3:1 hesabı ilə qələbə qazanaraq liqanın qalibi olub.

 

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, futbol veteranı Rüstəm Rəhimov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Mübariz Zeynalov, klubun idman direktoru Vəli Qasımov və Coca-Cola şirkətinin nümayəndəsi Elşad Fərzəliyev təqdim ediblər.

Mövsüm ərzində 41 qol vuran Musa Qurbanlı (“Neftçi”) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “İnter” klubunun üzvü Emil Bayramova Fair Play mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “Neftçi” komandasından Ziya Məmmədli seçilib.

Xəbər xətti