"Qəbələ"nin sabiq baş məşqçisi hansı komandanı çalışdıracaq?

03:10 - 16 May 2015

Yuri Syomin  “Mordoviya” klubuyla yollarını ayırır
 
Rusiyada “Mordoviya” klubuna başçılıq edən Yuri Syomin yayda komandadan ayrılacaq.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi 68 yaşlı mütəxəssisin baş məşqçi postunda qalmasında maraqlı olsa da, Syomin bunu istəməyib.
 
Rusiya mətbuatının yaydığı xəbərə görə, tərəflər şərtlərdə razılığa gələ bilməyiblər. Ötən il “Qəbələ”ni çalışdırmış təcrübəli mütəxəssisin növbəti mövsüm hansı komandaya başçılıq edəcəyi hələ bilinmir.  
 
Qeyd edək ki, Syominin indiki komandası Rusiya Premyer Liqasında 27 turdan sonra 9-cu pillədə qərarlaşıb. 

Xəbər xətti