11 günlük istirahətdən sonra...
“Qəbələ”nin növbəti mövsümə hazırlığı ilə bağlı plana qismən aydınlıq gəlib.
Sportal.az xəbər veirr ki, bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” hazırlıq məqsədilə iyunun 8-də bir araya gələcək.
"Qəbələ İK" qəzetinə bu barədə məlumat verən əsas komandanın rəisi Səbuhi Səfiyarlı hazırlığın iyunun 24-dək davam edəcəyini bildirsə də, ölkə xaricindəki təlim-məşq toplanışının hansı məkanda baş tutacağının hələ
dəqiqləşmədiyini deyib: “Avroliqaya hazırlıq dövründə 4 yoxlama oyunu keçirmək istəyirik. Matçlar üçün tarixlər nəzərdə tutulsa da, dəqiq olmadığından hələ açıqlamağı lazım bilmirik. Hansı ölkədə yoxlama oyunu
keçirməyə rəqib tapsaq, oraya yollanacağıq. Məkan seçimiylə əlaqədar olaraq, Türkiyənin Ərzurum şəhərinə yollanmışdım. Şərait yaxşıdı, orada toplanış keçirmək istəyirik. Ancaq rəqib olmasa, başqa məkanda hazırlıq keçməli olacağıq. Hazırda 3 variant var - Türkiyə, Avstriya və Sloveniya. Seçimdə əsas şəraiti nəzərə alacağıq”.
Hazırlıq proqramına əsasən “qırmızı-qaralar” iyunun 24-də Qəbələyə qayıtmağı planlaşdırır. Bundan sonra komandaya 2 günlük istirahət veriləcək. İyunun 27-dən isə Avropa Liqasında ilk oyunun hazırlığına başlanacaq.
“Qəbələ”nin rəqibi iyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında olacaq püşkatmada müəyyənləşəcək. Komanda I təsnifat mərhələsinin ilk oyununu - iyunun 3-dəki matçını səfərdə oynamalı olarsa, toplanış keçəcəyi məkandan birbaş həmin ölkəyə yollana bilər.
Qeyd edək ki, cari mövsümdə sonuncu oyununu mayın 28-də Qəbələdə “Bakı”yla keçirəcək "qırmızı-qaralar" sonra 11 günlük istirahətə buraxılacaq.
saytlarin hazirlanmasi