U-10 liqasının qalibi müəyyənləşdi

15:17 - 19 May 2015

Final matçında 7 qol

 

Bu gün Bayıl stadionunda “Neftçi” və Qəbələnin UGİM komandaları arasında keçirilmiş  final oyunu ilə AFFA-nın U-10 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.

 

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, “Neftçi” klubun idman direktoru Vəli Qasımov  və “Qəbələ” İK-nın Futbol direktoru Toni Adams təqdim ediblər.

 

U-10 Liqasının bombardiri 45 qolla “Simurq” komandasının üzvü Elvin Qarayev olub. “Neftçi” komandasının oyunçusu Nicat Qaragözlü isə liqanın ən yaxşı futbolçusu seçilib.

Xəbər xətti