"Qəbələ"nin gənc futbolçusu: "Nazim Süleymanovdan təklif gözləyirəm"

16:55 - 19 May 2015

"Bəzi futbolçular şan-şöhrət, pula görə başlarını itirir"

 

“Bəzi futbolçular şan-şöhrət, pula görə başlarını itirir, “ulduz xəstəliyi”nə tutulurlar. Amma unutmaq lazım deyil ki, hər futbolçunun öz xarakteri var. Şükürlər olsun ki, məndə belə bir xəstəlik yoxdur və heç vaxt olmayacağına ümidvaram”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin 18 yaşlı futbolçusu Mirəli Məmmədzadə bildirib.Yaşının azlığına baxmayaraq, bu gənc oyunçu kifayət qədər uğur qazanıb. Hazırda Mirəli “Qəbələ”nin əvəzedici heyətinin şərəfini qoruyur

 

Hər il çempion

Həqiqətən də, Mirəlinin uğurları ilk baxışdan başgicəlləndirici görünə bilər. Yalan olmasın, o, az qala, hər il Azərbaycan çempionu titulunu qazanır. Futbola Bakının “İnter” klubunda başlayan Məmmədzadə bu ənənənin əsasını hələ keçmiş komandasında qoyub. “İnter”lə ardıcıl 3 
dəfə Azərbaycan çempionu tituluna yiyələnən yarımmüdafi əçi 2010-cu ildə “Qəbələ”yə keçdikdən sonra 14, 16, 17 və 19 yaşlılardan ibarət 
komandalarda 4 dəfə qızıl medala layiq görülüb. Gəlin razılaşaq ki, 8 ilə 7 çempionluq hər futbolçuya nəsib olmur.

 

Eldəniz Süleymanovun yadigarı

Yeri gəlmişkən, Mirəlinin “İnter”dən “Qəbələ”yə transferi haqqında danışmaq istəyirəm. Bu istedadlı futbolçunun futbol akademiyamıza 
gəlişi mərhum məşqçimiz Eldəniz Süleymanovun təşəbbüsü sayəsində gerçəkləşib. “Qəbələ” və “İnter” arasında keçirilən oyunların birində Mirəlinin bacarığını görən Süleymanov onu bir müddət izlədikdən sonra “kəşf”i barədə rəhbərliyə məlumat verir. “Qəbələ” Futbol Akademiyasının rəhbərliyi Eldəniz müəllimi dəstəkləyir və daha bir uğurlu transfer baş tutur. Başqa sözlə, Məmmədzadə mərhum çalışdırıcımızın klubumuzdakı yadigarlarından biri sayılır: “Eldəniz müəllim mənim futbol həyatımda böyük rol oynayıb. Məhz onun sayəsində karyeramda yaxşıya doğru dəyişiklik baş verib. O, mənə meydançada və ondan kənarda necə davranmağı öyrədib. Düzü, “Qəbələ”dən transfer təklifi alanda çox sevindim. Bu klubun əla infrastruktura, yüksək səviyyəli məşqçi kor-
pusuna malik olduğunu bilirdim. Müəyyən müddət düşündükdən sonra anladım ki, “Qəbələ”yə transfer mənə parlaq gələcək vəd edir. Beləliklə, 
valideynlərimlə məsləhətləşərək, Bakıdan əyalətə köçməyə qərar verdim”.

 

18 yaşında əsas komandada

İnamlı oyun sayəsində “Qəbələ”nin aşağı yaş qruplarında pillə-pillə irəliləyən Mirəli əvəzedici komandanın məşqçilər korpusunun də diqqətini çəkib. Yeniyetmə olmasına baxmayaraq, onu tezliklə U-19-a və əvəzedici heyətə cəlb ediblər: “Aşağı yaş qruplarında oyunlarımı məşqçi Elşən İsgəndərov izləyirdi. Onun da rəyi ilə məşqçilər məni U-19 və əvəzedici komandaya çağırdılar. Ötən il iyunun 25-də əvəzedici komandada ilk məşqimə çıxdım. Həmin gün çox sevinmişdim. Bu yaşda klubun əvəzedici heyətinə düşmək qürurvericidir”. Ümumiyyətlə, 
başa çatmaqda olan 2014/15 mövsümünü yarımmüdafi əçi üçün uğurlu saymaq olar: “Əvvəla, bu mövsüm əvəzedici komandada debütüm oldu. 

Burada uğurlu oyunlar keçirdim, 2 qol vurdum. Hətta arada “Qəbələ”nin əsas komandasının məşqlərinə də dəvət edirlər. Bu il çempion titul-
larımın sayını 8-ə çatdıra bilərdim. Uzun müddət əvəzedici komanda ilə turnir cədvəlinin üst pillələrində qərarlaşsaq da, sonradan xal itirərək, 
çempionluq şansımızı əldən verdik”.

 

Ancaq etiraf edək ki, həmsöhbətimizin karyerası birtərəfli şəkildə inkişaf edir. Yəni, onun klubda işləri qaydasında getdiyi halda, yığma karyerası “axsayır”. Bəlkə də bu baxımdan, bəxt ondan üz çevirib. İstedadlı, texnikalı və ən nəhayət, 7 dəfə Azərbaycan çempionu olmasına baxmayaraq, onu indiyədək Azərbaycanın heç bir milli komandasına çağırmayıblar. Futbolçu on vaxtlar 19 yaşlılardan ibarət yığmadan təklif gözləsə də, yenə ümidləri puç olub: “U-19-un baş məşqçisi almaniyalı Nikolay Adam idi. Yəqin ki, oyun üslubum onun xoşuna gəlmədiyindən, məni heyətdə görmək istəməyib. Bu yaxınlarda onun yerinə Nazim Süleymanovun təyinatı məni yenidən ümidləndirib. İndi Nazim müəllimdən təklif gözləyirəm”.

 

Avropalılara bənzəyən azərbaycanlı

Mirəlini görənlər ilk baxışdan onun ispanlara və ya italyanlara oxşadığını söyləyirlər. Zahirən bir qədər fərqli görünən yarımmüdafi əçinin Avropa 
ilə də bağlı arzuları var: “Təkbətək mübarizələrdə inamlı oynayıram, texniki cəhətdən hazırlıqlıyam. Bununla yanaşı, sol ayağımın işlək olmaması məni narahat edir. Futbolla bağlı böyük arzularım var. Təbii ki, öncə “Qəbələ” klubunda uğurlar qazanmaq istəyirəm. Doğma klubuma kifayət qədər bəhrə verdikdən sonra Avropanın qabaqcıl ölkələrində legioner həyatı yaşayardım”. Yəqin ispanlara daha çox oxşadığına görədir ki, onun kumiri elə ispandır: Madrid “Real”ının və İspaniya milli komandasının yarımmüdafi əçisi İsko. Qəzetimiz adından “qırmızı-qaralar”ın ən perspektivli futbolçularından sayılan Mirəliyə uğurlar arzulayırıq. Təki ən azı İsko qədər məşhur olasan! Nə bilmək olar, bəlkə də qismətinə tezliklə kumirinlə birgə çiyin-çiyinə oynamaq yazılıb. Elə milyonların sevimlisi “Real”da...


"Qəbələ İK" qəzeti

Xəbər xətti