Final 1 dəqiqəlik sükutla başlayacaq
Bu gün AFFA-nın U-11 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, Bayıl stadionunda keçiriləcək final oyununda “Neftçi” və “İnter” komandaları qarşılaşacaq. Qarşılaşma saat 12:00-da başlayacaq.
Mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğın hadisəsində dünyasını dəyişən şəxslərin və həmin gün vəfat etmiş əməkdar məşqçi Əhməd Ələsgərovun xatirəsini yad etmək məqsədilə oyundan əvvəl 1 dəqiqəlik sükut elan ediləcək və komandalar meydana qara sarğı ilə çıxacaqlar.
saytlarin hazirlanmasi