Yoxlama matçı
Premyer Liqanın 35-ci turunda istirahət edəcək “Qəbələ” bu gün yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” I divizion təmsilçisi “Neftçala” ilə görüşəcək. Aşağı dəstənin qalibi ilə qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Yoxlama oyunu saat 18:00-da başlayacaq.
Premyer Liqanın sonuncu - 36-cı turu çərçivəsində mayın 28-də öz meydanında “Bakı” ilə qarşılaşacaq “Qəbələ” hazırlıqlarını davam etdirir. 34-cü turun mayın 16-da Qəbələdə “İnter”lə keçirilən oyunundan (1:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” gündə bir dəfə məşq keçməklə növbəti oyuna hazırlaşır. Məşq prosesində yalnız zədədən sonra müalicə olunan Dodo iştirak etmir.
saytlarin hazirlanmasi