"Əlincə"nin prezidenti: "Turanın "Fənərbaxça" kimi klubda oynaması bütün Azərbaycanın uğurudu"

14:59 - 22 May 2015

"Onu orda çox bəyəniblər"

 

Bildiyiniz kimi, U-15 millimizin üzvü Turan Vəlizadə Türkiyənin "Fənərbaxça" klubuna transfer olunub.

 

Sportal.az xəbər verir ki, "Əlincə"nin prezidenti Elşad Kəlbəliyev futbolçunun "Fənərbaxça"ya keçidi  ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib:

 

"Əlincə" klubu fəaliyyətə başladığı 2010-cu ildə uşaqları Ukraynadakı beynəlxalq turnirə aparmışdıq. O zaman Turanın 9 yaşı var idi. Həmin turnirdə Turan özünü yaxşı tərəfdən göstərmiş, hətta qol da vurmuşdu. Hələ onda Turanı "Dinamo" (Kiyev) , "Obolon" və bir neçə klub istəmişdi.

 

"Fənərbaxça" klubu ilə münasibətlərimiz, əlaqələrimiz daha da yaxşılaşdıqdan sonra yəqin ki, klublar arasında dostluq görüşü keçiriləcək və Turan da həmin oyunda "Fənərbaxça" forması ilə "Əlincə"yə qarşı oynayacaq. Turanın "Fənərbaxça" kimi klubda oynaması təkcə "Əlincə"nin yox, bütün Azərbaycanın uğurudu. Bu klub Turanı ən üst səviyyədə bəyənib və orda ona böyük ümidlər bəslənilir".

Xəbər xətti