Fransalı futbolçunun "Qəbələ"yə keçidi baş tutmadı

16:32 - 22 May 2015

"Mabiala ilə danışıqlar olub"
 
Türkiyənin "Karabükspor" klubunun futbolçusu Larris Mabialanın "Qəbələ"yə keçidi baş tutmayıb.
 
Sportal.az xəbər verir ki, bu barədə "Report"a "Qəbələ"nin baş meneceri Zaur Əzizov məlumat verib.
 
O, fransalı futbolçu ilə danışıqların aparıldığını təsdiqləyib: "Bəli, Mabiala ilə danışıqlar olub. Amma futbolçu ilə klubun şərtləri üst-üstə düşmədiyi üçün keçid baş tutmayıb".
Klub rəsmisi yerli futbolçularla da danışıqların aparıldığını, lakin rəsmi bir şey olmadığından əlavə məlumat verə bilmədiyini deyib.
 
Z.Əzizov klubdan gedəcək futbolçuların kimliyinə isə mövsümün sonunda aydınlıq gələcəyini açıqlayıb.

Xəbər xətti