"Hazırda formadayam"
Rəşad Sadiqov qışda transfer edilənlər arasında yeganə yerli futbolcudur.
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran”dan gələn təcrubəli yarımmudafiəci mukafat kolleksiyasını “burunc”lə zənginləşdirməyə cox yaxındır.
Başa çatmaqda olan mövsümdə komandanın qənaətbəxş çıxış etdiyini deyən Rəşad avrokuboklar haqqında “Bakı” ilə oyundan sonra düşünəcəklərini "Qəbələ" İK qəzetinə bildirdi: “Sözsüz ki, bu, belədir. Ümumilikdə, nəticəni qənaətbəxş saymaq olar. Ən azı ona görə ki, “Qəbələ” qış fasiləsində 6-cı pillədə idisə, hazırda 3-cü yerdəyik. Avroliqaya vəsiqəni təmin etmişik və bürünc medal qazanmaq şansımız böyükdür. Ona görə də, çempionatı mükafatçı kimi bitirsəydik, lap yaxşı olardı. Əsas odur ki, indi hər şey özümüzdən asılıdır və başqa oyunların nəticəsini gözləmirik. Avrokuboklara gəlincə, bu barədə nəsə demək bir qədər tezdir. Çünki mövsüm hələ bitməyib, sonuncu vacib oyunumuz qalıb. “Bakı”yla matçda çalışacağıq ki, qalib gəlib gümüş medala sahib çıxaq. Yalnız bundan sonra avroliqa barədə düşünmək olar”.
Sadiqovun fikrincə, mövsümün bizim üçün uğurla başa çatmasında rəhbərliyin komandaya, yeni baş məşqçiyə dəstəyi və etimadının böyük rolu olub: “İnam olan yerdə nəticə də olur. Komanda 11 oyundur məğlub olmur. Düşünürəm ki, klub rəhbərliyinin komandaya və baş məşqçiyə daim dəstək verməsi uğurlu çıxışımızda böyük rol oynadı. Futbolçularla baş məşqçi arasında anlaşmanın yüksək səviyyədə olması da öz sözünü dedi. Baş məşqçi amilini qeyd etməyə bilmərəm. Roman Qriqorçukun rəqibləri yaxşı təhlil etmək bacarığı onun əsas üstünlüklərindəndir. Ukraynalı mütəxəssisin yaratdığı nizam-intizam da sabit nəticə göstərməyimizdə az rol oynamadı”.
32 yaşlı futbolçu “Qəbələ”yə gəlişindən az sonra zədə üzündən bir müddət əsas heyətdən kənarda qalsa da, son oyunlarda yerini möhkəmlədib. “Qəbələ” ilə müqavilə müddəti bitməkdə olan Sadiqov “qırmızı-qaralar”da karyerasını davam etdirmək istəyir: “Fevralda millimizin Antalya toplanışına çağırılsam da, zədə üzündən gedə bilmədim. Həmin vaxt 2 həftə müalicə olundum. Bundan sonra əsas heyətə düşməkdə çətinlik çəksəm də, artıq start 11-liyinə qayıtmışam və son 3 görüşün hər birində 90 dəqiqə oynamışam. Hazırda formadayam, özümü yaxşı hiss edirəm. Yenə oynayıb, komandanın uğurları üçün çalışmaq istəyirəm. Ancaq hər şey baş məşqçimizin seçimindən və klub rəhbərliyinin qərarından asılı olacaq”.
saytlarin hazirlanmasi