Qriqorçuk futbolçuları təriflədi, bürünc medallardan danışdı

00:06 - 29 May 2015

"Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur"
 
“Bu, “Qəbələ”də çalışan bütün insanların qələbəsidir. Mən onların hamısına təşəkkür edirəm. Futbolçuları nadir hallarda tərifləsəm də, bu gün onların ünvanına xoş sözlər deyəcəyəm. Oyunçular ciddi iş gördülər".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda "Bakı"ya 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
 
Komandası ilə çempionatın bürünc medallarının qazanan təcrübəli mütəxəssis bildirib:
 
"Mövsümün ikinci yarısının əvvəlində turnir cədvəlində “Neftçi”dən nə qədər geri qaldığımızı nəzərə alıb, futbolçulara görülən bu işə görə böyük təşəkkür edirəm. Oyunun təhlili bir az ikinci plandadır. Çünki bu matçda bizə nəticə vacib idi. Belə qarşılaşmalarda lazım olan nəticəni əldə etməyin çətinliyini də başa düşürdük. Hər şeyin öz əlində olduğunu, medalların bir matçdan asılılığını biləndə stress də olur. Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur. Bu gün komanda bu işin öhdəsindən gəldi".

Xəbər xətti