"Qəbələ"də istefa

11:31 - 30 May 2015

"Klubdan ayrılmaq məcburiyyətindəyəm"

 

“Qəbələ” İdman Klubunun tibbi personalında kadr dəyişikliyi baş verib.

 

Sportal.az xəbər verir ki, futbol komandasının həkim-fizioterapevti Rahim Məhərrəmov klubdan ayrılıb. 

 

Buna 2013-cü ilin yayından “Qəbələ”də çalışan həkimin ailə vəziyyəti səbəb olub. Paytaxt Bakıda yaşamaq zərurəti yaranan Məhərrəmov klubdan ayrılmağa məcbur olub.

 

O, gabalafc.az saytına açıqlamasında buna təəssüfləndiyini bildirib: “Qəbələ”də 2 əla il keçirdim. Burada hər şey yaxşı idi. Lakin təəssüf ki, indi klubdan ayrılmaq məcburiyyətindəyəm. “Qəbələ”də olduğum müddətdə dəstəyə görə klub rəhbərliyinə, burada çalışan hər kəsə təşəkkür edirəm. Komandaya qarşıdakı yarışlarda uğurlar arzulayıram”.

 

“Qəbələ” İdman Klubu Məhərrəmova komandadakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Xəbər xətti