İsveçrəli mütəxəssis klubla müqaviləsini ləğv etdi
Rusiyanın "Spartak" klubu baş məşqçi Murat Yakınla yolları ayırıb.
Sportal.az xəbər verir ki, türkəsilli isveçrəli mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.
İsveçrəli mütəxəssis "Spartak"dan gedişini belə izah edib: “Rəhbərliklə danışıqlarda anladım ki, klubun başqa strategiyası var. Onların istəyi gənc yerli oyunçulara üstünlük verməkdir. Əgər komandada qalsaydım, növbəti mövsüm uğur qazana bilərdim. Lakin rəhbərliyin yeni şərtləri ilə razılaşmadığım üçün komandadan ayrıldım”.
Qeyd edək ki, "Spartak" bu mövsüm Rusiya Premyer Liqasını 6-cı pillədə tamamlayıb və avrokuboklara vəsiqə qazana bilməyib.
saytlarin hazirlanmasi