"Təəssüf ki, Syomin bizim təklifimizi geri çevirdi"

21:32 - 4 İyun 2015

"Biz bu mütəxəssisə hörmətlə yanaşırıq"
 
“Mordoviya”dan ayrılan, “Anji” ilə müqavilə imzalayacağı gözlənilən, eləcə də adı “Neftçi” ilə yanaşı çəkilən Yuri Syomin Rusiya Premyer Liqasında mübarizə aparan “Kuban”ın təklifini geri çevirib.
 
Sportal.az xəbər verir ki, bu haqda Krasnodar əyalətinin vitse-qubernatoru İvan Peronko açıqlama verib: “Təəssüf ki, Yuri Syomin “Kuban”ın təklifini geri çevirdi. O, təklifə görə təşəkkür edərək, başqa klubda çalışacağını bildirdi. Biz bu mütəxəssisə hörmətlə yanaşırıq və ona uğurlar aruzlayırıq”. 

Xəbər xətti