"Qəbələ" Qazaxıstandan kubokla qayıdır

17:51 - 8 İyun 2015

Əyalət təmsilçisinin futbolçuları mükafatlandırıldı
 
“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 3-cü - sonuncu oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” həlledici görüşdə Qırğızıstanın "Abdış-Ata" kollektivi ilə qarşılaşıb. İlk iki oyunda böyükhesablı qələbələr qazanan (“Kayrat” 4:1, Almatı şəhər yığması 5:0) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” sözügedən qarşılaşmada minimal hesabla qalib gəlib. Elvin İmanlı komandamıza qələbə qazandıran yeganə qola imza atıb.
 
Bu nəticə ilə 3 oyunda maksimum - 9 xal qazanan təmsilçimiz turnirin qalibi adına sahib olub. Turnirdə ən çox - 5 qola imza atan Elvin İmanlı "ən sərrast futbolçu", qapıda inamlı oyunu ilə seçilən Sərxan Osmanov isə "ən yaxşı qapıçı" adına layiq görülüb və diplomla təltif edilib.

Xəbər xətti