Tağızadəyə PTT I Liqa klublarından təklif var
"Qəbələ"də baş məşqçi Roman Qriqorçukun istəyi ilə komandadan göndərilən Ruslan Tağızadənin yaxın günlərdə rəsmən müqaviləsini ləğv edəcəyi gözlənilir.
Sportal.az xəbər verir ki, Tağızadəyə Türkiyə PTT I Liqasından iki klub təklif göndərib və hazırda tərəflər arasında danışıqlar gedir. Əgər razılıq əldə olunarsa, Ruslan karyerasını Türkiyədə davam etdirəcək.
Qeyd edək ki, Tağızadənin sabiq komandası AZAL-a qayıtma ehtimalı da var.
saytlarin hazirlanmasi