"Kəpəz"in Premyer Liqaya yüksəlməsi "Gənc qapıçılar"ın yolunu açdı FOTOLAR

15:46 - 10 İyun 2015

Millimizin də şərəfini qoruyan qapıçılar var

 

Xəbər verdiyimiz kimi "Gənc qapıçılar" klubunda məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Burada istedadlı uşaqlar yetişərək millimizə və bir neçə klubumuza xeyir verməyə başlayıb.

 

Sportal.az xəbər verir ki, "Kəpəz"in Premyer Liqaya yüksəlməsi "Gənc qapıçılar"ın yolu açıb və burda məşq keçən uşaqlar Gəncə təmsilçisinin əvəzedici heyətində oynamağa hazırdırlar.  Klub "Kəpəz"ə və hər hansı bir digər kluba istedadlı qapıçılar təklif edir. Həmin qapıçılarla sizi tanış edirik:

 

Eynur Orucov- "Qəbələ" FK, U-19 millimizin üzvü, 1997-ci il

Elmin Bayramov,  - "Qəbələ" U-12 komandası

Anar Sadıqlı -  "Kəpəz" U-16 komandası

Elşən Hüseynov, - "Kəpəz" aşağı yaş qrupları üzrə komandası

 

Adını sadalamadığımız bir neçə uşaq isə "Neftçi", "Kəpəz" və "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandasında çıxış edir. 

 

Xəbər xətti