17 idmançı ilə təmsil olunacaq
“Qəbələ” İK I Avropa Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. Bunlardan 5-i atıcılıqda,12-si döyüş novləri – karate, cüdo, sambo, taekvondo və boksda çıxış edəcək. Göründüyü kimi, idmançılarımız 6 idman novundə mubarizə aparacaq. Ən çox təmsilcimiz atıcılıq və sambodadır – hər birində 5 idmançı. “Qəbələ” cüdoda 3, karatedə 2, taekvondo və boksda 1 idmançı ilə təmsil olunur.
Sportal.az xəbər verir ki, “Bakı-2015”də mübarizəyə öncə karateçilərimiz başlayacaq. Bu idman növündə yarışlar iyunun 13-14-də keçiriləcək. Təmsilçilərimiz, Niyazi Əliyev və Azərbaycan karate yığmasınınlideri, Rafael Ağayev eyni gündə - iyunun 13-də çıxış edəcəklər. Çəkiyə əsasən, ilk olaraq tatamiyə Niyazi çıxacaq. Bu isə o deməkdir ki, Əliyev “Qəbələ”nin I Avropa Oyunlarında ilk çıxış edən idmançısı kimi tarixə düşəcək.
İyunun 16-19-u aralığında taekvondoçular yarışacaqlar.Bu idman növündə yeganə təmsilçisimiz Məhəmməd Məhəmmədovdur. 58 kq çəkidə yarışan idmançımız döşəkcə üzərinə iyunun 16-da çıxacaq.
Samboda yarışlar iyunun 22-də keçiriləcək. Bu idman növündəki təmsilçilərimiz – Amil Qasımov, Vasif Səfərbəyov, Şəhanə Hüseynova, Fəridə Qurbanova və Nərminə Əlizadə həmin gün idmansevərləri sevindirməyə çalışacaqlar.
İyunun 25-28-i aralığında cüdoçular mübarizəyə qatılacaqlar. İlk yarış günündə qadınlar arasında 48 və 57 kq-da çıxış edən Aişə Qurbanlı ilə Kifayət Qasımova, yarışın son günündə isə kişilər arasında 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri tatamiyə çıxacaq.
Boksda yeganə təmsilçimiz olan Lorenzo Sotomayor (64 kq) iyunun 16-da mübarizəyə başlayacaq. Əslən Kubadan olan idmançımız yarışda irəliləyərsə, iyunun 17-i, 18-i, 21-i, 23-ü, 25-i və nəhayət, 27-də finalda çıxış edəcək.
Atıcıların mübarizəsi iyunun 16-dan 22-dək olacaq. Təmsilçilərimiz arasında ən titulluları Elvin İsmayılov, Emin Cəfərov və Nurlana Cəfərovadır. Uzun müddətdir Azərbaycanın stend atıcılığı üzrə milli komandasının şərəfi ni qoruyan bu idmançılar baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi ilə məşq edirlər.
KARATE
Niyazi Əliyev (67 kq)
Nailiyyətləri: dünya çempionatının qalibi və gümüş medalçısı, 3 qat Avropa çempionu, İslam Həmrəylik Oyunlarının qalibi.
Rafael Ağayev (75 kq)
Nailiyyətləri: 4 qat dünya çempionu, 8 qat Avropa çempionu, 2 dəfə dünya çempionatının gümüş medalçısı, 7 dəfə Avropa çempionatının mükafatçısı, İslam Həmrəylik Oyunlarınınqalibi
CÜDO
Uşanqi Kokauri (+100 kq)
Nailiyyətləri: Avropa çempionatının mükafatçısı (U-23-lər).
Aişə Qurbanlı (48 kq)
Nailiyyətləri: Avropa Kubokunun mükafatçısı (yeniyetmələr), Avropa Kubokunun qalibi (gənclər).
Kifayət Qasımova (57 kq)
Nailiyyətləri: idman ustası, Avropa çempionu (yeniyetmələr), Avropa çempionatının qalibi və bürünc mükafatçısı (U-23), dünya və Avropa çempionatlarının bürünc medalçısı (gənclər), Avropa çempionatının gümüş və 3 dəfə bürünc medalçısı, Dünya Kubokunun 3 dəfə qalibi və 4 dəfə (1 gümüş, 3 bürünc) mükafatçısı, Super Dünya Kubokunun 3 dəfə bürünc medalçısı, Qran-Pri turnirinin qalibi və bürünc medalçısı, Böyük Dəbilqə turnirinin bürünc medalçısı, Rusiya açıq çempionatının qalibi (yeniyetmələr), Polşa açıq çempionatının gümüş medalçısı, Yeniyetmələrin Avropa Olimpiya Festivalının bürünc medalçısı, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı.
SAMBO
Amil Qasımov (74 kq)
Nailiyyətləri: dünya və Avropa çempionu, dünya kubokunun qalibi.
Vasif Səfərbəyov (+100 kq)
Nailiyyətləri: Avropa çempionu (gənclər), 3 dəfə Avropa mükafatçısı, 2 dəfə dünya mükafatçısı.
Şəhanə Hüseynova (60 kq)
Nailiyyətləri: Avropa mükafatçısı (gənclər, cüdo üzrə).
Fəridə Qurbanova (64 kq)
Nailiyyətləri: dünya kubokunun gümüş mükafatçısı.
Nərminə Əlizadə (68 kq)
Nailiyyətləri: Dünya kubokunun bürünc mükafatçısı.
TAEKVONDO
Məhəmməd Məhəmmədov (58 kq)
Nailiyyətləri: Avropa çempionu (gənclər), dünya çempionu (gənclər), dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı.
BOKS
Lorenzo Sotomayor (64 kq)
Mükafatları: ölkə çempionu və beynəlxalq turnirlərin qalibi.
ATICILIQ
Elvin İsmayılov
Növ: stend atıcılığı (səngər stend)
Nailiyyətləri: idman ustası, dəfələrlə Azərbaycan çempionu, Azərbaycanın səngər stendi üzrə rekordçusu, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı, Heydər Əliyev adına Beynəlxalq
Qran-Pri yarışlarının finalçısı (5-ci yer).
Emin Cəfərov
Növ: stend atıcılığı (dairəvi stend)
Nailiyyətləri: İdman ustası, dəfələrlə Azərbaycan çempionu, Azərbaycan çempionatının rekordçusu, Avropa kubokunun bürünc mükafatçısı, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dünya və Avropa çempionatlarının iştirakçısı.
Paşa Əhədpur
Növ: stend atıcılığı (dairəvi stend)
Nailiyyətləri: idman ustası, Dünya və Avropa çempionatlarının, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirinin iştirakçısı
Nurlana Cəfərova
Növ: stend atıcılığı (dairəvi stend)
Nailiyyətləri: idman ustası, Azərbaycan çempionatının gümüş mükafatçısı, Azərbaycan çempionatının rekordçusu, Avropa kubokunun bürünc mükafatçısı, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dünya və Avropa çempionatlarının
iştrakçısı, Dünya Kubokunun finalçısı (5-ci yer ).
Alina Rafikxanova
Növ: stend atıcılığı (səngər stend)
Nailiyyətləri: idman ustası, Dünya və Avropa çempionatının, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirinin iştirakçısı, qadınlar arasında Azərbaycan rekordçusu.
"Qəbələ" İK qəzeti
saytlarin hazirlanmasi