"Qəbələ" 8 əskiklə çalışdı VİDEO

12:45 - 13 İyun 2015

3-cü gündə iki məşq

 

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun yetirmələri hazırlıq zamanı həm toplu, həm topsuz məşq edib. Komanda taktiki hazırlıq üzərində də çalışıb. 

 

Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.

 

Xəbər xətti