Komanda hazırlıqlarını davam etdirir
2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 4-cü gününü iki məşqlə başa vurub.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq zamanı həm toplu, həm topsuz məşq edib. Roman Qriqorçukun yetirmələri taktiki hazırlıq üzərində də çalışıb.
Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.
“Qəbələ”nin Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyunununda üz-üzə gələcəyi rəqib də müəyyənləşib. “Qırmızı-qaralar” iyunun 15-də Ərzurumun U-21 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
saytlarin hazirlanmasi