Finlandiya yığmasında baş məşqçi istefası

02:26 - 15 İyun 2015

Paatelaynen vəzifəsindən uzaqlaşdırıldı
 
AÇ-2016-nın seçmə mərhələsində Macarıstana evdə 1:0 hesablı məğlubiyyət Finlandiya millisinin baş məşqçisi Miiksu Paatelaynenin istefası ilə nəticələnib.
 
Sportal.az xəbər verir ki, Finlandiya Futbol Federasiya yerli mütəxəssisi vəzifəsindən uzaqlaşdırıb.
 
F qrupunda yer alan Finlandiya millisi 6 turdan 4 xal yığaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti