AÇ-2016: İsveç – Çernoqoriya 3:1 VİDEO

02:46 - 15 İyun 2015

Zlatan İbrahimobiç dubl etdi  
 
AÇ-2016-nın seçmə mərhələsində VI turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, G qrupunda mübarizə aparan İsveç millisi doğma meydanda Çernoqoriyanı qəbul edib.
 
Skandinaviya təmsilçisi oyununu taleyini elə birinci hissədə həll edib. Maraqlısı odur ki, isveçlilər 7 dəqiqə ərzində qonaqların qapısına 3 dəfə yol tapıb. Əvvəl Berq, ardından da Zlatan İbrahimoviç dubl edib. Çernoqoriya yığması ikinci hissədə bu qollardan yalnız birinin əvəzini çıxa bilib.      
 
 
İsveç – Çernoqoriya  3:1
Qollar:
Berq, 38, İbrahimoviç, 40, 44 - Damyenoviç, 63-pen.
 
 

Xəbər xətti