Qayın dublu "Qəbələ"yə qələbə qazandırdı

00:01 - 16 İyun 2015

Əyalət təmsilçisi yoxlama oyunu keçirib
 
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, "qırmızı qaralar" Ərzurumun U-21 komandası ilə qarşılaşıb.   Bu oyunda Roman Qriqorçukun komandası 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"nin hər iki qolunu ukraynalı yarımmüdafiəçi Aleksey Qay (3-cü və 55-ci dəqiqə) vurub.
 
"Qırmızı qaralar" qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.

Xəbər xətti