Dodo komanda ilə birgə çalışdı

10:57 - 18 İyun 2015

Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər

 

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 8-ci gününü iki məşqlə başa vurub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  “qırmızı-qaralar” hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib. 

    

Roman Qriqorçukun yetirmələri məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb. 


Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən Dodo komandayla birlikdə hazırlıq keçib. Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər. Milli üzvləri Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov  komandaya təlim-məşq toplanışının ikinci hissəsində - Qəbələdə qoşulacaq

Xəbər xətti