İki illik müqavilə
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb. Əyalət təmsilçisi Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.
Ukraynalı legionerin son klubu Qazaxıstanın “Aktobe” komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın “Kuban” klubunda çıxış edən hücumçu “Dnepr” klubunun yetirməsidir.
2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən Antonov sonradan 3 il “Kuban”ın şərəfini qoruyub. Hücumçu Ukraynada “Metallist” (2007-2010), “Zarya” (2008-2009, icarə əsasında), “İliçevets” (2010-2011), “Dnepr” (2011-2013), “Krivbass” (2012-2013, icarə əsasında), “Çernomorets” (2013-2014) komandalarında oynayıb. Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş Antonov əsas yığmada 2 matç keçirib.
saytlarin hazirlanmasi