Vladimir Jirinovski: "Kapello hansı haqla pulunu istəyir?"

01:32 - 21 İyun 2015

“Onu vəzifəsindən uzaqlaşdırmaq azdır, qovmaq lazımdır”
 
Rusiya Liberal-Demokrat Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski bu dəfə siysətdən deyil, futboldan danışıb.
 
Sportal.az xəbər verir ki, millət vəkili Fabio Kapellonun başçılığı altında Rusiya millisinin AÇ-2016-nın secmə mərhələsində uğursuz çıxışından söhbət açıb.
 
Jirinovskinin sözlərinə görə, idman naziri Vitali Mutko italiyalı mütəxəssislə bağlı qəti qərar verməlidir:   
 
“Bu məsələni müzakirə etməyə dəyməz. Fabio Kapello işinin öhdəsindən gələ bilmədi. Bir azarkeş kimi mən komandanın oyunundan narazıyam. Əgər baş məşqçi buna əhəmiyyət vermirsə, onun komandada işləməsi elə qəbahətdir. Onu vəzifəsindən uzaqlaşdırmaq azdır, qovmaq lazımdır.
 
Onun  nəticə verə bilməməsi bir yana, əvəzində pul istəməsi mənə təsir edir. İtaliyalı mütəxəssis hansı haqla pulunu istəyir? Əslində biz ona deyil, uğursuzluğa görə Kapello Rusiya Futbol Federasiyasına təzminat ödəməlidir”                   
 
Qeyd edək ki, iyunun 24-də Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin yığıncağında Fabio Kapellonun baş məşqçi postunda qalıb-qalmayacağı məsələsinə baxacaq.        

Xəbər xətti