“Əgər yunan səddini keçsək, onda Avropa çempionluğuna bir addım da yaxınlaşacağıq”
19 yaşlılar arasında Avropa çempionatının final mərhələsində Rusiya millisi ilə yarımfinala vəsiqə qazanan azərbaycanlı futbolçu Ayaz Quliyev maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, qrup mərhələsinin sonuncu matçında Almaniya millisi ilə (2:2) heç-heçədən sonra futbolçu fikirlərini bölüşüb.
Rusiya millisinin yarımmüdafiəçisi yarımfinalda onları Yunanıstan yığması ilə çətin oyun gözlədiyini də deyib:
“Sevincimi sözlə deyə bilmərəm. Bunu meydanda oynayan futbolçular yaxşı bilər. Əlbəttə, qrupda sonuncu oyun bizim üçün finala bərabər idi. Almaniya millisinin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Ancaq onlara bu imkanı vermədik. Almaniya kimi güclü komandanı mübarizədən kənarlaşdırmağı bacardıq. Yarımfinalda bizi ev sahibi Yunanstan millisiylə daha çətin oyun gözləyir. Əgər yunan səddini keçsək, onda Avropa çempionluğuna bir addım da yaxınlaşacağıq”.
saytlarin hazirlanmasi