Azərbaycanlı futbolçu tarixə düşdü

13:59 - 17 İyul 2015

Avropa Çempionatında ən çox qol vuran oyunçu kimi

 

Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının azərbaycanlı hücumçusu Ramil Şeydayev yeni rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, bu, Avropa çempionatının elit-raundu çərçivəsində Yunanıstanla keçirilən yarımfinal matçında baş verib. Sözügedən oyunun 64-cü dəqiqəsində penaltidən fərqlənən R.Şeydayev qitə birinciliyində vurduğu qolların sayını 12-ə çatdırıb. Bununla da o, U-19-un Avropa çempionatı tarixində ən çox qol vuran futbolçu olub.

 

Xəbər xətti