Fabio Kapello futbolçularla vidalaşdı

01:25 - 19 İyul 2015

İtaliyalı mütəxəssisin ziyafətinə 4 nəfər qatıldı
 
Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello komanda üzvləriylə vidalşmaq üçün Moskvada məşhur restoranların birində ziyafət verib.
 
Sportal.az xəbər verir ki. italiyalı mütəxəssis komanda üzvləri və inzbati heyət daxil olmaqla 50 nəfərə dəvət göndərib.
 
Lakin onlardan dörd futbolçu  - Aleksandr Səmədov, Vasili Berezutski, Aleksandr Kokorin və Aleksandr Kerjakov məclisə qatılıb.
 
Xatırladaq ki, 2012-ci ildən Rusiya millisini çalışdıran Kapellonun müqaviləsi bu həftə qarşılıqlı şəkildə ləğv edilib.

Xəbər xətti