5 azərbaycanlı futbolçu "Mançester Yunayted"in düşərgəsinə yollandı

14:21 - 3 Avqust 2015

Ötən gün yola düşdülər

 

Bakıda təşkil olunmuş "Mançester Yunayted" Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər – Elmar Əzizov, Cavid Fərzəliyev, Nihad Fərəci, Nihad Xəlilli və İbrahim Ağayarov ötən gün - avqustun 2-də İngiltərəyə yola düşüblər.

 

Sportal.az xəbər verir ki, onlar ayın 7-dək "Mançester Yunayted" Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov və məktəbin köməkçi-məşqçisi Samir Ələkbərovun müşayiəti ilə İngiltərənin Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində iştirak edəcəklər.

Xəbər xətti