Futbolçumuz "Fənərbaxça"da ilk məşqinə çıxdı

18:47 - 5 Avqust 2015

"Futbolçularla yaxşı münasibətlərim var"

 

"Əlincə"nin yetirməsi olan Turan Vəlizadə Türkiyənin "Fənərbağça" klubunun U-16 komandasının heyətində ilk məşqinə çıxıb. 

 

Sportal.az xəbər verir ki, Vəlizadə yeni klubu haqda ilkin təəsüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

 

"Dünən ilk məşqə çıxdım. Çox şükür hər şey qaydasındadı. Məşqçilərlə, futbolçularla yaxşı münasibətlərim var. U-19 və U-21 komandasındakı futbolçularla da yaxşı münasibətlərim yaranıb. Canla-başla məşq edirəm. Burada Azərbaycanı təmsil edirəm".

Xəbər xətti