"Birinci hissədə zəif oynadıq"
"Çətin oyun oldu. Ümumiyyətlə çempionatın ilk oyunu həmişə çətin olur. "Kəpəz" tanımırdıq, oyunlarını görməmişdik. Premyer Liqaya yeni vəsiqə qazanıblar. Onlardan belə oyun gözləmirdik".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi" - "Kəpəz" oyunundan sonra paytaxt təmsilçisinin qapıçısı Aqil Məmmədov deyib.
Qolkiper komandanın hücum xəttində zəif təsir bağışlaması ilə bağlı suala belə cavab verib: "Deməzdim ki, hücumda zəif idik. Futbol komanda oyunudu, yalnız hücumçuları günahlandırmaq olmaz. Futbolçularımız əllərindən gələni etdi. Birinci hissədəzəif oynadıq, lakin ikinci yarıda yaxşı çıxış etdik. Çempionant indi başlayıb. Komandamız gəncdi. Lakin oyunçularımızın Premyer Liqa təcrübəsi var. Qarşıdakı matçlarda çatışmazlıqları aradan qaldıracağıq".
saytlarin hazirlanmasi