"Bütün rəqiblər "Neftçi"yə qarşı aqressiv oynayır"
"Həmişə ilk oyun çətin olur. Rəqibi tanımırdıq. Buna görə də çətinlik çəkdik. "Kəpəz" çox qapanırdı, həmdə aqressiv oynayırdı. Ona görə də müdafiəni yarmaqda çətinlik çəkirdik. Ümumiyyətlə həmişə bütün rəqiblər "Neftçi"yə qarşı aqressiv oynayır. Qələbə qazanmaq istəyirdik, alınmadı. Xal itkisini faciəyə çevirməməliyik".
Sportal.az xəbər verirki, bu fikirləri "Neftçi" - "Kəpəz" oyunundan sonra paytaxt təmsilçisinin futbolçusu Kauye De Silva səsləndirib.
O, Avroliqanın arxada qaldığını, əsas diqqətlərini Premyer Liqaya yönəltdiklərini deyib: "Avropa Liqası arxada qaldı. Biz də pis olduq mübarizəni erkən dayandırdığımıza görə. Bunu unutmalıyıq. Diqqətimizi çempionata yönəltməliyik. Komandada çatışmazlıqlar var. Hücumda qol epizodları yaratmaqda çətinlik çəkirik. Bunları aradan qaldırmağa çalışırıq. Lakin yeniliklər də var. Çox şey dəyişib. Zaman keçdiklə hər şey düzələcək".
saytlarin hazirlanmasi