Tuncay Şanlının yeni klubu bəlli oldu

15:42 - 10 Avqust 2015

Hindistanın "Pune Siti" komandası ilə razılığa gəlib

 

Türkiyə milli komandasının sabiq forvardı Tuncay Şanlının yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Hindistanın "Pune Siti" komandası ilə razılığa gəlib.  Bu barədə klubun rəsmi "tvitter" səhifəsindən məlumat verilib. "Um Siti"də Didie Zakora, Adrian Mutu kimi ulduz futbolçular çıxış edir.

 

Qeyd edək ki, Tuncay Şanlının son klubu türk mütəxəssis Bülənt Uyqunun çalışdırdığı Qətərin "Um Salal" komandası olub.

Xəbər xətti