"Kəpəz"li futbolçu: "Üsütnlük bizdə idi"

16:35 - 10 Avqust 2015

"Tam hazır deyiləm"

 

Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz” səfərdə "Neftçi” ilə qolsuz heç-heçə etdi.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadandan  sonra gəncəlilərin yarımmüdafiəçisi  Bəxtiyar Soltanov  oyun haqqında fikirlərini bölüşüb. Təcrübəli futbolçu üstünlüyün "Kəpəz"də olduğunu qeyd edib: "İlk oyunumuz idi. Çox çətin keçdi. Komanda yoldaşlarımı,  məşqçi heyətini yaxşı oyuna görə təbrik edirəm. Üsütnlük  bizdə idi, buna baxmayaraq qol vura bilmədik. Gələn oyunlar üçün çatışmamazlıqları aradan qaldırmağa çalışacağıq. Bilirsiniz ki, zədəm var idi. Buna görə də, tam hazır deyiləm. Qarşıda bir həftəmiz var. Çalışacağam ki, ikinci turda "Zirə”ilə oyuna tam hazır olum”.

Xəbər xətti