Tarixinin ən bahalı transferi

18:37 - 10 Avqust 2015

Şaqiri "Stok Siti"də

 

İtaliyanın "İnter" klubunun futbolçusu Xerdan Şaqiri karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, isveçrəli futbolçu Premyer Liqa komandalarından "Stok Siti" ilə anlaşıb. O, artıq tibbi müayinədən keçmək üçün İngiltərəyə gedib. 23yaşlı futbolçuya görə Premyer Liqa təmsilçisi "İnter"ə 19 milyon avro ödəyəcək. Şaqiri "Stok Siti" tarixinin ən bahalı transferi olacaq.

 

Qeyd edək ki, gənc futbolçu ötən mövsüm 16 milyon avroya "Bavariya"dan "İnter"ə transfer olmuşdu.

Xəbər xətti