"Sumqayıt"ın futbolçusunun qulağı cırıldı

22:08 - 10 Avqust 2015

"Kimyaçılar"da ciddi itki

 

Premyer Liqanın ilk turu çərçivəsində hazırda da davam edən "Rəvan" - "Sumqayıt" matçında xoşagəlməz hal yaşanıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, "Sumqayıt"ın qolkiperi Şahruddin Məhəmmədəliyev rəqib futbolçu ilə mübarizədə ciddi zədə alaraq meydanı tərk etməli olub. Belə ki, onun aldığı zədədən sonra qulağı cırıldığı deyilir.

 

Qeyd edək ki, ilk hissədən sonra matçda hesab açılmayıb.

Xəbər xətti