Azərbaycanlı futbolçu "Rubin"də debüt etdi

01:21 - 11 Avqust 2015

Komandası məğlub oldu

 

"Rubin"ə transfer olunan azərbaycanlı futbolçu Ramil Şeydayev yeni komandasında debüt edib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu Rusiya Premyer Liqasının 4-cü turunda "Rostov"la görüşdə meydana çıxıb.Şeydayevin debütü uğursuz alınıb. Onun komandası 0 – 3 hesabı ilə məğlub olub. Həmyerlimiz matçın ilk hissəsində meydanda olub.

 

Qeyd edək ki, 4 turdan sonra aktivində xalı olmayan "Rubin" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 

Xəbər xətti