Türkiyədə ən yaxşı Muslerə seçildi

02:07 - 11 Avqust 2015

Uruqvaylı qapiçi sorğuda 1-ci oldu
 
Türkiyədə ötən mövsümün yekunları olaraq ən yaxşıfutbolçuların adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, Peşəkar Futbolçular Dərnəyinin təşkil etdiyi mərasimdə ilin ən yaxşı oyunçusu və digər nominasiyalar üzrə qaliblər bəlli olub.
 
Yekun nəticələrə görə, ötən mövsümün ən yaxşıfutbolçusu“Qalatasaray”ın qapıçsı Fernando Muslera seçilib. O, sorğuda komanda yoldaşı Uesli Sneyderi, “Fənərbaxça”lı Məhmət Topal və ötən mövsümü “Bursaspor”da keçirmiş Fernandaonu qabaqlayıb.
 
Digər nominasiyalar üzrə qaliblər isə aşağıdakı kimi sıralanıb:
 
İlin ən yaxşı gənc oyunçusu: Ozan Tufan (“Bursaspor”)
 
İlin “Fair Play” hərəkəti: Şota Arveladze (“Kasımpaşa”)
 
Xüsusi mükafat: Arda Turan (“Barselona”)
 
İlin ən yaxşı qapıçısı: Fernando Muslera (“Qalatasaray”)
 
İlin ən yaxşı məhsuldar ötürməsi: Mustafa Əl Kəbir (“Gənclərbirliyi”)
 
İlin ən yaxşı qolu: Güray Vural (“Akhisar Bələdiyyəspor”)

Xəbər xətti