"Fənərbaxça"nın futbolçusuna silahlı basqın

17:48 - 11 Avqust 2015

3 dəfə atəş açıldı

 

"Fənərbaxça"nın futbolçusu Mehmet Topal silahlı basqına məruz qalıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşqdən evə qayıdarkən Topalın maşınını başqa bir avtomobil izləməyə başlayıb. Yolayrıcında dayanan kimi futbolçunu izləyən maşında 3 dəfə atəş açılıb. Avtomobilin ön şüşəsi gülləkeçirməz olduğu üçün Topal xəsarət almayıb. Mərmilər ön şüşəni keçə bilməyib.

 

Qeyd edək ki, dərhal polisə məlumat verən futbolçu hazırda ifadə vermək üçün nəzarətə götürülüb.

Xəbər xətti