Klopp fransızlara yox dedi

19:03 - 11 Avqust 2015

Məşqçiliyə qayıtmağı düşünmür

 

Fransanın"Marsel"klubu Marsel Biessanın istefasından boş qalan posta baş məşqçi axtarışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, marsellilər "Borussiya"nın sabiq baş məşqçisi Yurgen Kloppa təklif göndərib. Lakin alman mütəxəssis fransızların təklifini qəbul etməyib. Məlumatı Y.Kloppun meneceri Mark Kosiçke təsdiqləyib. O bildirib ki, Y.Klopp hələlik məşqçiliyə qayıtmağı düşünmür.

Xəbər xətti