"Milan" "Roma"nın futbolçusunu transfer etdi

20:34 - 11 Avqust 2015

4 illik müqavilə imzalanıb

 

Növbəti mövsüm iddialı olmağı hədəfləyən İtaliyanın "Milan" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "rassonerilər" "Roma"nın futbolçusu Alessio Romagnolini heyətinə cəlb edib. Artıq 20 yaşlı futbolçu tibbi müayinədən keçib.  Gənc müdafiəçi  ilə 4 illik müqavilə imzalanıb. "Milan" bu transfer üçün paytaxt klubuna 25 milyon avro ödəyəcək.

Xəbər xətti