Ulduz futbolçu Kamran Ağayevlə eyni komandada FOTO

20:56 - 11 Avqust 2015

Necati Atəş "Karşıyaka"da

 

Növbəti mövsüm Super Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparmağı hədəfləyən Türkiyənin "Karşıyaka" komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İzmir təmsilçisi ulduz futbolçu, "Qalatasaray"dakı çıxışı ilə tanınan Necati Atəşi transfer edib. 35 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Təcrübəli futbolçu artıq komandanın düşərgəsinə qoşulub.

 

Qeyd edək ki, milli komandamızın qapıçısı Kamran Ağayev də "Karşıyaka"nın şərəfini qoruyur.

 

Xəbər xətti