“Kəpəz”in Müşahidə Şurası ilə klub rəhbərliyinin iclası keçirilib. İclasda bir sıra məsələlərlə yanaşı, komandanın Premyer Liqanın “Neftçi”yə qarşı ilk oyununda azarkeşlərin davranışı da müzakirə edilib. Səfər matçında fanatların dəstəyi yüksək qiymətləndirilib və onlara təşəkkür elan olunub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda həmçinin, klub rəhbərliyi tərəfindən əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq “Xəmsə” fanklubunun üzvlərinin pirotexniki vasitədən istifadə etməsi pislənilib.
Bu hala görə AFFA İntizam Komitəsi tərəfindən klubun 1000 manat məbləğində cərimələnməsi qeyd olunub. Klubun cərimələnməsinə səbəb olan addıma görə “Xəmsə” fanklubuna xəbərdarlıq edilir və belə məsələlərə həssas yanaşmaları xahiş olunub.