Pro lisenziya üçün 700 manat

19:57 - 12 Avqust 2015

Lisenziyalarının yenilənmə kursları keçiriləcək

 

Avqustun 24-də və 25-də AFFA tərəfindən Bakı şəhərində UEFA-nın "Pro" və "A" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

 

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
 

Kursda iştirak üçün ödənişin məbləği:

- Pro lisenziya üçün 700 manat
- A lisenziya üçün 500 manat

 

Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Xəbər xətti