"Qarabağ"ın rəqibi belə uduzdu VİDEO

10:37 - 13 Avqust 2015

Gözlənilməz məğlubiyyət

 

İsveçrə Super Liqasında V turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxıb.

 

Bu komanda doğma meydanda "Luqano" ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. 6-cı dəqiqədə qapısında qol görən "Qarabağ"ın rəqibi bunun əvəzini çıxa bilməyincə, məğlubiyyətlə üzləşib - 0:1. 

 

Bu, bernlilərin cari mövsümdəki ilk məğlubiyyəti olub. Əvvəlki 4 turda 3 heç-heçəsi olan bu komanda cəmi bir görüşdə qalib gəlmişdi.

 

Qeyd edək ki, "Yanq Boyz" geridə qalan 5 turda 6 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. "Yanq Boyz"la "Qarabağ" arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

 

Xəbər xətti