"Qarabağ"a qarşı oynayacaq?
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boys" zədəli futbolçusu Renato Steffen barədə xoş xəbər alıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, infeksiya virusu səbəbindən xəstəxanaya yerləşdirilən 23 yaşlı futbolçu artıq özünü yaxşı hiss edir. O, "Qarabağ"la matçda baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilər.
Qeyd edək ki, "Yanq Boys" - "Qarabağ" matçı avqustun 20-si Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi