"Belqrad"dan böyükhesablı qələbə
Serbiya çempionatında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi doğma meydanda "Radnik"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Branimir matçın 67-ci dəqiqəsində meydana çıxıb. Bununla da yeni klubunda debüt edən Subaşiç 74-cü dəqiqədə qol da vurmağa nail olub və matçın yekun nəticəsini müəyyənləşdirib.
saytlarin hazirlanmasi